Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir
"Koronavirus infeksiyası ilə bağlı klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla əlaqədar başlanmış cinayət işinin istintaqı davam etdirilir”.
Bu barədə Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, fakta bağlı ictimaiyyətə məlumat verilib: "İstintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək. Bu ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirir. Hüquq mühafizə orqanları da bu sahədə üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək”.