Daha 15 COVID-19 xəstəsinə cinayət işi başlanıldı
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 28-də respublika ərazisində 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.
Bildirilib ki, 15 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.