COVID-19-a qarşı ən yaxşı peyvənd açıqlandı

“World Vaccine Congress Washington 2021” qurumunun mütəxəssisləri ən yaxşı koronavirus peyvəndini seçiblər.
AFN “oxu.az”a istinadən xəbər verir ki, bu barədə “terrapinn.com”da qeyd edilir.
Forumda ABŞ-ın “Moderna” şirkətinin dərmanı “COVID-ə qarşı ən yaxşı peyvənd” kateqoriyasında birincilik qazanıb.
Rusiyanın “Sputnik V” və Britaniya-İsveç şirkətinin “AstraZeneca” vaksini də nominasiya siyahısına düşüb.
Qalibin və finalçıların hansı əsasla seçildiyi barədə məlumat verilmir.