Yoluxanların sayı kəskin azaldı - günün statistikası
Azərbaycanda bu gün koronavirus infeksiyasına 418 yeni yoluxma faktı qeydə alınıb, 1095 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 19 nəfər COVID-19-dan vəfat edib.
Xatırladaq ki, dünən koronavirus infeksiyasına 1058 yeni yoluxma faktı qeydə alınıb.