TƏBİB-dən tibb işçilərinin əməkhaqları ilə bağlı YENİ AÇIQLAMA
"TƏBİB-in tabeliyində olan tibb işçilərinin qiymətləndirilməsi üçün yeni əməkhaqqı qaydaları hazırlanıb”.
AFN APA-ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin məsul əməkdaşı Yadigar Mahmudzadə deyib.
O bildirib ki, ötən ilin yanvarından bu qaydalar tətbiq olunur: “Tibb işçilərinin əmək haqlarının hesablanması vəzifə maaşından, əlavələrdən asılıdır. Əlavələr müxtəlifdir. Həvəsləndirici əlavələr sabit və əməyin nəticələrinə görə tətbiq olunur.
Sabit əlavələr müəyyən vəzifələrə bağlıdır. Bəzi həkim ixtisasları var ki, ay ərzində göstərdikləri xidmət nəticəsində bonus şəklində əlavə alırlar.
Bəzən həvəsləndirici əlavələr qat-qat çox olur. Bu da həkimin göstərdiyi xidmətin sayından asılı olur”.