TƏBİB məlumat yaydı
Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.
O bildirib ki, bu gün də Mətbuat Şurasının binasında 50-yə yaxın jurnalistin vaksinasiyası səyyar şəkildə həyata keçirilir: "İndiyədək səyyar briqadalar vasitəsilə 1000-ə yaxın vətəndaş vaksinasiya prosesində iştirak edib". //APA