TƏBİB sərt qapanma olacağı ilə bağlı məsələyə aydınlıq gətirdi


"Bir ildir ki, bu virusla yaşayırıq. Artıq insanlar gedişatın və taktikanın necə olduğunu bilirlər”.



AFN xəbər verir ki, bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı TƏBİB tərəfindən Nazirlər Kabinetinə müraciətlə bağlı dəqiq nəsə deyə bilməyəcəyini bildirib:

“Hamımız ümid edirik ki, yoluxma sayı artmayacaq. Ümid edirik ki, xəstəliyin gedişatı ağır olmayacaq və xəstəxanalarda çarpayılar dolmayacaq. Dəfələrlə qeyd etmişik, yoluxma sayı yüksək olsa belə, xəstəliyin gedişi yüngül olarsa, insanların çoxu xəstəliyi evində keçirirsə, bu, o qədər qorxulu göstərici deyil.

Təhlükəli göstərici o zaman olur ki, ağırlaşan xəstəyə xəstəxanada yer olmur. Bu məqamda hansısa təklifdən və müraciətdən söhbət gedə bilər. Hər birimiz çalışmalıyıq ki, yoluxma sayı artmasın və biz normal olmasa da, normala yaxın şəraitdə yaşamağa davam edə bilək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu