Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib
APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, Masallının Kolatan kəndində anadan olan, 34 yaşlı Teymur Cəfərov terrorçuluqda, terror təşkilatının fəaliyyətində iştirak etməkdə və qanunsuz silahlı birləşmənin tərkibində vuruşmaqda təqsirləndirilir.
Rusiya məhkəməsi onun barəsində dövlətlərarası axtarış qərarı çıxarıb və saxlanılması üçün İnterpola müraciət edib.