Azad edilmiş əkin sahələrində tapılmış mina-hərbi sursatların sayı açıqlanıb
Kənd Təsərrüfatı Nazirliyinin sifarişi əsasında Ağdam, Zəngilan və Qubadlı rayonlarının ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı həyata keçirilib.
AFN-in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Hesabatda qeyd edilib ki, 2020-ci ilin 15 dekabr tarixindən başlamış əməliyyat-axtarış tədbirləri zamanı 326 hektar ərazi yoxlanılıb, 24 ədəd partlamamış hərbi sursat, 5 ədəd bombacıq və 119 ədəd müxtəlif çaplı patronlar aşkar edilib.