Millimizin oyununa bütün təyinatlar açıqlandı


Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə səfər oyununun bütün təyinatları müəyyənləşib.


"Report"un məlumatına görə, görüşün əsas referisi polşalı Damian Qrabovski olacaq.

İkinci hakim funksiyasını onun həmyerlisi Dominik Tsipinski yerinə yetirəcək. Matçın üçüncü hakimi moldovalı Viktor Bugenko, UEFA nümayəndəsi isə serbiyalı Zoran Dimiç olacaq.

Qeyd edək ki, martın 9-da Çoresku İdman zalında keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Ötən gün Bakıda baş tutan qarşılaşmada Azərbaycan millisi rəqibini 5:1 hesabı ilə məğlub edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu