Bakıda itkin düşən 13 yaşlı qız tapılıb
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa zamanda görülən tədbirlər nəticəsində A.Dünyamalızadə tapılaraq ailəsinə təhvil verilib.
"Ailə məsələyə operativ reaksiyaya göstərərək yetkinlik yaşına çatmayan övladlarının tapılmasına görə polis əməkdaşlarına təşəkkür ediblər", - Mətbuat xidmətindən bildirilib.