Pənah Hüseyn vətəndaşlara çağırış edib: "Peyvənd olunun"
"Vaksinasiya prosesinin təşkilatçılarına, həkimlərə təşəkkür edirəm".
Bunu "Report"a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.
O bildirib ki, mütəxəssislər xəstəliyə qalib gəlməyin yolu kimi peyvənd olmağı məsləhət görürlər: "Ona görə də hamımız peyvənd olunaraq, xəstəliyə qalib gəlməliyik, inşallah düşərli olar".