“Koronavirusdan ölənlər arasında peyvənd olunan yoxdur” - TƏBİB-dən açıqlama
“Reanimasiya şöbələrində müalicə alan, vəziyyəti ağır olan, o cümlədən həyatını itirən xəstələr arasında vaksinasiya olunmuşlar yoxdur”.
Bunu AZTV-də çıxışında TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.
A.Qurbanov bildirib ki, onlar hamısı vaksinasiya olunmamış şəxslərdir:
“Bəzən deyirlər ki, filankəs vaksinasiya olunmuşdu, amma yenə xəstələnib. Biz də həmişə deyirik: heç bir vaksin 100 faiz müdafiə etmir. Vaksinasiya olunmuş insanların arasında 5-10 faiz var ki, onlar xəstəliyə yoluxa bilərlər”.