İranda şiddətli ZƏLZƏLƏ BAŞ VERDİ - YARALILAR VAR


İranın cənubunda 5,6 bal gücündə zəlzələ baş verib.



AFN xarici mediaya istinadən xəbər verir ki, bu barədə Təcili Yardım Xidmətinin əməkdaşı Mojtaba Xaledi bildirib.

İsfahan, Boyrəhməd və Kohqiluye yaşayış məntəqələrində qeydə alınan yeraltı təkanın ocağı 10 km. dərinlikdə yerləşib.

Zəlzələ daha çox Sisaxt şəhərində hiss edilib.

Həlak olanlar və dağıntılar barədə məlumat verilməyib.

Yerli mətbuatın yazdığına görə, bölgədə elektrik enerjisinin verilməsi ilə bağlı problemlər yaranıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu