İstanbul qarla örtüldü, gəmilər dayandı, dərslər ləğv edildi
Qaynarinfo xəbər verir ki, bunu şəhər qubernatoru Əli Yerliqaya deyib.
Hazırda İstanbulun bəzi bölgələrində qarın hündürlüyü 20 sm-dir və hələ də şiddətli küləklə birlikdə yağmaqda davam edir. Boğazda gəmilərin hərəkəti dayandırılıb, bəzi uçuşlar təxirə salınıb.
Qeyd edilir ki, koronavirusla əlaqədar qüvvədə olan komendant saatı səbəbindən şəhərdə ciddi tıxaclar yaranmayıb, lakin nəqliyyatın hərəkəti hələ də çətindir.
Sinoptiklər bölgədə qar yağışının 5 günə qədər davam edə biləcəyini söyləyirlər.