"Mançester Yunayted" Marsyalın evinin təhlükəsizliyini gücləndirdi


İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Antoni Marsyalın evinin təhlükəsizliyini gücləndirib.

"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, buna fransalı hücumçu ilə xanımının sosial şəbəkələrdə tez-tez təhdidlərə məruz qalması səbəb olub.

İddiaya görə, 26 yaşlı forvard tədbir görülməyəcəyi təqdirdə, komandanı tərk edə biləcəyini rəhbərliyə çatdırıb.

Qeyd edək ki, bu mövsüm 26 oyunda meydana çıxan Antoni Marsyal 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu