Nazir müavini: “İşğaldan azad edilən ərazilərdə ədliyyə orqanları və məhkəmələrin işi bərpa olunmalıdır”
“Report” xəbər verir ki, bunu “Azərbaycanda Mübahisələrin Alternativ Həlli və İxtisaslaşmış Məhkəmələrin İnkişafına Əlavə Dəstək” adlı layihənin təqdimatı zamanı Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
O bildirib ki, həmin ərazilərdə digər təsisatlar kimi ədliyyə orqanları və məhkəmələrin də işi bərpa olunmalıdır:
“Əbəttə ki, bu mühüm hadisəni biz layihənin icrası gedişində nəzərə almalı olacağıq”.