Yens Stoltenberq NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıb
“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanat təşkilatın saytında dərc olunub.
Y.Stoltenberq alyansın daha gözlənilməz və rəqabətli dünyanın yaratdığı hər cür təhdidə qarşı hazır olmasının zəruriliyini vurğulayıb.
“Demokratiyamıza, dəyərlərimizə və qaydalara əsaslanan dünya nizamına meydan oxuyurlar. Buna görə də gələcəyin gətirə biləcəyi hər bir təhdidə qarşı hazırlıqlı olmalıyıq”, - o bildirib.