Yens Stoltenberq: "Ukrayna ətrafında ən pis vəziyyətə hazır olmalıyıq"
“Ukrayna ətrafında vəziyyətin yaxşı olacağına ümid etsək də, bizim ən pis varianta hazır olmağımız vacibdir”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Bolqarıstanda Baş naziri ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Rusiyanın Ukrayna ətrafında hərbi mövcudluğunu əhəmiyyətli, ardıcıl və davamlı şəkildə gücləndirdiyini görürük...Bu şəkildə güc cəmləməsinin məqsədi hələ aydın deyil...Əlbəttə, biz vəziyyətin yaxşılaşacağına ümid etməliyik. Ancaq biz ən pis vəziyyətə də hazır olmalıyıq”, - o vurğulayıb.
Yens Stoltenberq NATO-nun Rusiyanın hərəkətlərini diqqətlə izlədiyini söyləyib: “Biz əmin omaq üçün müttəfiqlərimizin təhlükəsizliyini müdafiə etməyə hazırıq. Biz Alyans üzvlərinə qarşı birbaşa təhdid görmürük. Ancaq gərginliyin artması müşahidə olunur. İlk növbədə, regiondakı müttəfiqlərimizə, xüsusilə Bolqarıstanda gərginliyi görürük”.