ÜST: Məqsəd koronavirus dərmanlarını bütün ölkələrə bərabər bölüşdürməkdir
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə DST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.
Ekspertin sözlərinə görə, məhz ikitərəfli razılaşmaların geniş vüsət alması nəticəsində dərmanların toplanıb bölüşdürülməsi sahəsində hərc-mərclik yaranıb ki, COVAX mexanizmi belə vəziyyətin qarşısını almağı hədəfləyir.
Təşkilat nümayəndəsi bildirib ki, koronavirusa qarşı peyvənd işlərinə artıq 50 ölkədə başlanıb və COVAX mexanizmi sayəsində dünya boyu peyvənd kampaniyasına başlamaq üçün əlverişli şərtlər var. Belə ki, həmin mexanizm vasitəsilə bu ilin fevral ayından dərman tədarükünə başlana bilər: “İndiyədək 6 dərmanın 2 milyard dozunun COVAX vasitəsilə tədarükünə dair müqavilələr imzalanıb”.