ÜST: Peyvəndlərin düzgün bölüşdürülməməsi iqtisadiyyata ziyandır
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus Əbu Dabidə başlayan Dünya Peyvəndləmə və Logistika Sammitindəki nitqi zamanı bildirib.
Onun fikrincə, bu da peyvəndin qeyri-bərabər bölüşdürülməsi məsələsini təcili həll etməyi tələb edən başlıca amildir: “Peyvənd bizə ümid bəxş edir, pandemiyanı nəzarətə götürmək imkanı yaradır. Amma biz yalnız dərmanları strateji baxımdan, yoluxmaların eyni vaxtda hər yerdə qarşısını almaq üçün işlədəcəyimiz təqdirdə buna nail ola bilərik”.
Bir tərəfdən zəngin ölkələrdə, digər tərəfdən COVAX vasitəsilə tətbiq olunan dərmanların sayı arasındakı fərqin get-gedə artmasını dilə gətirən təşkilat rəhbəri dərmanların istehsalını artırmaq və daha bərabər bölüşdürmək üçün yollar axtardıqlarını, bu məqsədlə hökumətlərlə və istehsalçı şirkətlərlə müzakirələr apardıqlarını qeyd edib. Onun qeyd etdiyi kimi, 36 ölkə hələ də bircə dərman dozası almayıb, 16 ölkənin də COVAX xətti ilə qarşıdakı iki həftə ərzində alacağı gözlənilir.
“Əslində dərmanlar həyatı qorumur, söhbət peyvəndləmədən gedir... WHO Birləşmiş Ərəb Əmirlikləri hökumətinin irəli sürdüyü Ümid Konsorsiumu təşəbbüsünü alqışlayır. Biz sizinlə birgə COVAX təsisatını dəstəkləmək üçün əməkdaşlığın çərçivəsini qurmaq istiqamətində irəliləyirik. Yalnız birgə əlaqəli, ardıcıl, tutarlı yanaşma ilə biz təhlükənin öhdəsindən gələ bilərik. Nəhayət, pandemiyaya son qoymaq təkcə elmin yox, həm də təpərin məsələsidir”, - WHO baş direktoru vurğulayıb.