Azərbaycanda vaksin vurulan şəxslərə pasport veriləcəyi təsdiqləndi


Yekun tövsiyələrə əsasən COVID-19-a qarşı peyvənd olunan şəxslərin cari qeydiyyatı aparılacaq.

AFN xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda öz əksini tapıb.

Strategiyada qeyd olunub ki, vaksin vurulanların müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyacları da qarşılanacaq.

Xatırladaq ki, bu gündən ölkədə vaksinasiya prosesinə başlanılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu