Vətən müharibəsinin 19 yaşlı qəhrəmanı
"Report"un Muğan bürosu xəbər verir ki, Sadıqov Elnur 2001-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətinin 15-ci ayında Vətən müharibəsi başlayıb. E.Sadıqov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Bir sıra əməliyyatlarda uğurla iştirak edib.
Elnur Sadıqov oktyabrın 16-da Ağadərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi ötən ilin oktyabrında Cəlilabada gətirilib və doğulduğu kənddə dəfn edilib.
Şəhidin atası Kərim Sadıqov deyir ki, oğlu döyüşlərə müharibənin ilk günlərindən qoşulub. Döyüşlərdə yaralansa da ailəsinə deməyib və yenidən döyüşlərə qoşulub.
Allah rəhmət eləsin!