YAŞAT Fondu qazilərin əməliyyat etdirilməsinə başlayıb - FOTOLAR

YAŞAT Fondu tərəfindən Mehdiyev Həsən Rəcəb oğlu təcili əməliyyata ehtiyac olduğundan zəruri tibbi müayinələrdən keçirilib və uğurla əməliyyat olunub.
Bu barədə AFN-ə Fonddan bildirilib. Qeyd edilib ki, YAŞAT Fondu onun müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Fond həmçinin qazi Əsədzadə Turalın da müalicə xərclərini öz üzərinə götürüb: "Qazinin durumu nəzarətdə saxlanılır. YAŞAT Fondu ölkə daxilində və ya xaricdə olacaq əməliyyatın xərclərini qarşılayacaq".