"Azərsun" şirkəti şəhid və qazi ailələrinə dəstək olub


Qalib çıxdığımız və tariximizin ən parlaq səhifələrindən olan 44 günlük “Vətən müharibəsi” Azərbaycan xalqının birliyi ilə də yadda qaldı. Düşmənlə üz-üzə döyüşən qəhrəman əsgərlərimizin şücaəti, torpaqlarımızı düşməndən azad etməsi, xalqımızın nə qədər qəhrəman olmasının bir göstəricisi idi. Bu günlər ərzində arxa cəbhədə olan vətəndaşlarımız da ordumuza dəstək olmaqla “Dəmir yumruq”tək birləşdi, vətənimiz üçün canından keçən şəhidlərimiz, qazilərimiz və sağ-salamat evlərinə dönən digər əsgərlərimiz üçün səfərbər oldu.



Fəaliyyətə başladığı gündən ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holdinq” də bu müqəddəs yolda onları tək qoymayıb. Şirkətlər qrupu bu dəfə Bİləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə adıçəkilən bölgələrdən olan aztəminatlı şəhid, qazi və könüllü olaraq ordu sıralarına yazılan əsgərlərimizin ailələrinə ərzaq yardımı edib. Yardım edilənlər arasında səfərbəylik zamanı könüllü olaraq orduya yazılan və hazırda xidmətini davam etdirən əsgərlərimizin ailələri də var.

Qeyd edək ki, “Azərsun Holdinq” torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar zamanı minlərlə ailəyə sovqatlar hədiyyə edərək müxtəlif sosial layihələr həyata keçirdi.

Şanlı zəfərlə yekunlaşan Vətən müharibəsində 700-ə yaxın “Azərsun Holdinq” əməkdaşı döyüşlərdə iştirak edib, 8 nəfər torpaqlarımızın azadlığı uğrunda şəhadət zirvəsinə ucalıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu