Əli Nağıyev erməni həmkarı ilə görüşdü
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Moskva şəhərində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyanla görüşüb.
“Sputnik Armenia”nın verdiyi xəbərə görə, görüş Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun təşəbbüsü əsasında baş tutub.
Bildirilib ki, görüşdə bir sıra təcili məsələlər, o cümlədən əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin axtarışı müzakirə olunub.
Qeyd olunub ki, tərəflər bir sıra istiqamətlərdə iş aparmaq barədə razılığa gəliblər.