Naxçıvana Türkiyədən qazın veriləcəyi tarix açıqlandı
"Türkiyədən Naxçıvana qazın verilməsinə 2022-ci ilin ilk aylarından başlanılacaq".
Bu barədə məlumatı Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz "Kanal 7"də yayımlanan "Başkent kulisi" proqramında qonaq olarkən deyib. Bildirib ki, Naxçıvana Gürcüstan üzərindən gələn Azərbaycan qazı veriləcək.
"Bir millət, iki dövlət" devizi altında bu vaxta qədər bir çox uğurlu layihələrə imza atıldığını deyən nazir yeni layihələrin olacağını da sözlərinə əlavə edib.