Abşeron Gənclər Şəhərciyində sakinlərin həyatı təhlükədədir - VİDEO+FOTOLAR


Jurnalist Nübar Lətifli yaşadığı Abşeron Gənclər Şəhərciyindəki təhlükəli vəziyyətlə bağlı məlumat paylaşıb.



AFN-in məlumatına görə, binanın zirzəmisində toplanan suyu çəkib yayan jurnalist bildirib ki, bura hər hansısa ucqar kənddə və ya şəhər kənarında yaranmış bataqlıq deyil: "Bura Xırdalan şəhəri ərazisində Abşeron Gənclər Şəhərciyində yerləşən binanın zirzəmisidir. Belə vəziyyət şəhərcik ərazisində 3-4 binada eynidir. Artıq 1 həftədir ki, yaranmış bu vəziyyət həllini tapmır. "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC binaların tikintisinə və nəzarətə cavabdeh olduğu halda bu məsələnin həllində sakinləri sadəcə gözlədir. "Azərsu" ASC-dən problemlə bağlı göndərilmiş rəsmi müraciətə heç bir cavab gəlmir. İşıq sayğacları zirzəmidə yerləşdiyi halda heç kəs orada yaşayan onlarla ailənin bayram günlərində işıqsız qalacağını, artıq günlərdir susuz qaldığını (saatla verilən suyu gün ərzində 1 saata endiriblər) nəzərə almır. Hazırda vəziyyət getdikcə gərginləşsə də, heç bir məsul qurumdan müdaxilə edilmir. 12 mərtəbəli bu binanın bünövrə və zirzəmisinin su ilə nə qədər tab gətirəcəyinə bir mühəndis daha dəqiq cavab verə bilər".
Xanım jurnalistin hadisə yerindəb paylaşdığı video və fotoları təqdim edirik.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu