Dövlət qayğısı göstərilən şəhid ailələrilə bağlı statistika açıqlandı


“Son bir ayda 4 500 şəhid ailəsi və müharibə əlili dövlətin qayğısı ilə əhatə olunub”.



“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu il 1 500 mənzil və fərdi ev bu kateqoriyadan olan insanlara təqdim ediləcək:

“Ümumilikdə isə 9 mindən çox fərdi ev və mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib”, - deyə nazir bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu