Ərdoğana qarşı təxribat: Evinin önündə terrorçular tutuldu... - FOTO


Terror təşkilatı DHKP-C-nin üzvü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın evinin qarşısında gizli şəkildə fotolar çəkərkən saxlanılıb.



Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyət" qəzeti məlumat yayıb.

Məlumata görə, adı ictimaiyyətə açıqlanmayan şəxs Ərdoğanın Üsküdar Kısıklıdakı iqamətgahını lentə alarkən təhlükəsizlik əməkdaşları tərəfindən yaxalanıb.

Təşkilat nümayəndələrindən ibarət digər 21 nəfər də iqamətgahın yerləşdiyi ərazinin yaxınlığında ələ keçirilib.

Saxlanılan şəxsin iqamətgahın yanında müxtəlif fotolar çəkdiyi, digər təşkilat nümayəndəlirini gözlədiyi və təxribata hazırlaşdıqları məlum olub.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu