Ermənilər qorxudan evlərini yandırıb, Qafandan qaçır - FOTOFAKT
Ermənistanın Zəngəzur bölgəsində yerləşən Qafan şəhərinin kəndlərində yaşayan bəzi ermənilər evlərini yandırırlar.
Bu barədə jurnalist Liya Sarksiyan məlumat verib.
Onun sözlərinə görə, bu gün şəhərin ətrafındakı kəndlərə yaxın strateji yüksəkliklərin Azərbaycana qaytarılması ilə bölgədə yaşamaq mümkünsüz olacaq. Belə ki, Azərbaycan Ordusunun yeni mövqeləri Qafanın qeyri-yaşayış sahəsindən 100 metr, yaşayış sahələrindən isə 1 kilometr məsafədə yerləşəcək. Beləliklə, Qafan şəhəri və 13 kənd vizual nəzarət altına düşəcək.
Bununla razılaşmayan bəzi ermənilər evlərini yandıraraq kəndləri tərk edirlər. Hazırda Zəngəzur bölgəsində yaşayan digər ermənilər də təhlükəsizlik səbəbindən bölgəni tərk edərək, Ermənistanın digər ərazilərinə köçməyi düşünür. //Modern.az