Ermənistan Hadrutda itkin düşən hərbçilərinin sayını açıqladı
Hadrutda Ermənistan ordusunun 73 hərbçisi itkin düşüb.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Öz növbəsində ölkə hakimiyyəti yerli KİV-i itkin düşən hərbçilərin sayı barədə ziddiyyətli informasiyalar yaymaqda ittiham edib. Qeyd edilir ki, ayrı-ayrı mətbu orqanlarda itkin hərbçilərin sayı 171 nəfər göstərilir.
“News.am”ın məlumatına görə, Ermənistanın hərbi rəhbərliyi 71 hərbçidən məlumatsız olduqlarını etiraf edib. Eyni zamanda ictimaiyyətin bu barədə mütəmadi olaraq məlumatlandırılacağı bildirilib.
Qeyd edək ki, ötən gün Ermənistanın Müdafiə Nazirliyi sosial şəbəkələrdə erməni hərbçilərin əsir düşməsini əks etdirən videogörüntülərin doğru olduğunu təsdiqləyib.