Bakıda 7 min manatlıq vakkum açarını oğurlayanlar tutuldu


Bakıda oğurluq hadisəsi baş verib.



Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də saat 1 radələrində Türkan qəsəbəsi ərazisindəki yarımstansiyaların birindən 7 000 manat dəyərində transformatorun vakkum açarını oğurlamaqda şübhəli bilinən Zərdab rayon sakinləri D.Kərimli, G.Güləhmədli və R.İsayev saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu