Siyəzəndə yaşadıqları ünvanı tərk edən COVID-19 xəstələri saxlanılıb


Siyəzən rayon sakinləri Sədir Hüseynova və Gündüz Yəhyəyevə COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin edilib.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AFN-ə verilən məlumata görə, lakin hər iki şəxs qaydalara əməl etməyərək yaşadıqları evi tərk edib və virusun yayılmasına şərait yaradıblar.

Polis əməkdaşları tərəfindən onların olduqları yerlər müəyyən edilib və dərhal yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla əlaqədar S.Hüseynov və G.Yəhyəyev barəsində Siyəzən RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu