"Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq” - Hulusi Akar
"Azərbaycan Ermənistan tərəfindən həyata keçirilən hücumları dayandırmaq və ərazilərini işğaldan azad etmək üçün "artıq bəsdir” deyərək hərəkətə keçdi”.
Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
"Azərbaycan "Bir Vətən Hərəkat Planı”nı tətbiq etdi. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan da Rusiya prezidenti cənab Vladimir Putin ilə atəşkəsin şərtləri və daimi olması mövzusunda müzakirə apararaq atəşkəs razılaşmasına lazımi töhfə verib. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi və fəaliyyətlərin başlaması üçün Türkiyə-Azərbaycan-Rusiya arasında əməkdaşlıq davam edir”, - o bildirib.