Ettore Rosato: Azərbaycanın səyləri nəticəsində bu torpaqlara həyat qayıdacaq
Ağdama səfər edən İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato jurnalistlərə müsahibəsində burada müharibənin acınacaqlı nəticələrini, dəhşətli üzünü, dağıntıları gördüklərini bildirib.
"Report"un məlumatına görə, o qeyd edib ki, bundan təsirli görüntüləri görmək mümkün deyil: "Burada bütün evlər, infrastruktur dağıdılıb. Azərbaycan dövlətinin və xalqının səyləri nəticəsində bundan sonra bu torpaqlara həyat qayıdacaq. Dağıdılmış evlər yenidən bərpa olunacaq, buralar iqtisadi cəhətdən yenidən inkişaf edəcək. İnanırıq ki, beş ildən sonra buraya gələndə tamamilə başqa mənzərə ilə qarşılaşacağıq".