Qazaxda karantin qaydalarını pozan 9 nəfər müəyyən edilib


Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə birgə kompleks və ardıcıl tədbirlər davam etdirilir.



Qazax rayon prokurorluğundan AFN-ə bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 451 nömrəli, 19 noyabr 2020-ci il tarixli qərarına əsasən koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, respirator və sair) istifadənin məcburi olduğu halda, 28 və 30 noyabr 2020-ci il tarixlərdə Qazax rayon polis şöbəsindən rayon prokurorluğuna daxil olmuş materiallardan ümumilikdə 9 nəfər şəxs tərəfindən bu tələbin pozulduğu müəyyən edilmişdir.

Qazax rayon prokuroru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci ( epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati xəta haqqında işlər üzrə icraatın başlanılmasına dair müvafiq qərarlar qəbul edilməklə, toplanmış materiallar inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün aidiyyəti üzrə rayon polis şöbəsinə göndərilmişdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu