Deputat: "Kəlbəcərə görə Ermənistandan təzminat istəniləcək"


"Ermənistanın Kəlbəcərdə törətdiyi barbarlıq, vandalizm, həmçinin, bu rayonumuza vurulan ziyana görə də beynəlxalq məhkəmə vasitəsi ilə təzminat istəniləcək".



Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, 27 il işğal altında olan rayonda qeyri-qanuni məskunlaşan ermənilərin ərazini tərk edən zaman hətta hamam avadanlıqlarını özləri ilə aparması onların acizliyinin və necə acınacaqlı vəziyyətdə yaşadıqlarının da göstəricisidir: "Doğrayaraq Ermənistana daşıdıqları meşələrdə əksəriyyəti 100 illik qədim ağaclardır. Bu Ermənistanın 27 il işğal altında saxladıqları bütün digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də necə ekoloji soyqırımı törətdiklərini göstərir. Yandırdıqları evlərin çoxu işğaldan əvvəl bizlərin inşa etdiyimiz tikililərdir”.

Deputat bütün bunlara rəğmən Azərbaycanın tezliklə bərpa və quruculuq mərhələsinə qədəm qoyacağını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu