Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib - VİDEO
12:21 / 11.11.2020
Noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında görüş keçirilib.
Bu barədə AFN-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.