Qarabağdakı terrorçu rejimin 10 “polis”i məhv edilib - SİYAHI


Erməni mənbələri öldü-qaldısı tam bəlli olmayan Qarabağdakı terrorçu rejimin başçısı Araik Arutyunanın adından məlumat yayıb. Bildirilir ki, Arutyunyan 27 sentyabrdan indiyədək döyüşlərdə iştirak etmiş “polislər”i təltif edib.



“Cəsarətə görə” medalı ilə “ödülləndirilən”lər bunlardır: Qaqaik Petrosyan, Qarik Doluxanyan, Arsen Arutyunyan, Tiqran Peteosyan, Gevorg Kirakosyan, Benik Ambartsumyan, Qrayir Danielyan, Aren Asryan, Şirak Abartsumyan və İqor Poqosyan. Məlumatdadeyilir ki, onlar “ölümündən sonra mükafatlandırılıb”.

Maraqlısı budur ki, son günlər nə Ermənistan Müdafiə Nazirliyi, nə də qondarma rejim təmsilçiləri itkilərlə bağlı statistikanı açıqlamırlar. Deyəsən, düşmən artıq “hesab”ı itirib...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu