Bu da ermənilərin fosfor bombası atdığının sübutu - VİDEO


Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 8-də işğalçı Ermənistan tərəfindən Füzuli rayonuna atılan fosfor bombasının zərərsizləşdirilmə kadrlarının yer aldığı video paylaşıb.



Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə öz tvitter hesabında paylaşım edib.

"8 oktyabrda Ermənistan tərəfindən Füzuli bölgəsinə atılan fosfor mərmisinin zərərsizləşdirilməsi. Mülki obyektlərə aktiv şəkildə fosfor bombaları yağdıran Ermənistanın Azərbaycanı ittiham etməsi günahı başqasının boynuna atmaq və məsuliyyətdən qaçmaq taktikasıdır”,- deyə Hikmət Hacıyev qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu