Məhv edilən polkovnik separatçıların “müdafiə nazirinin müavini” imiş


Ermənistan Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirinin müavini”, polkovnik Artur Sarkisyanın öldüyünü etiraf edib.



AFN xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

O, bu "vəzifəyə" bu il iyulun 4-də təyin olunmuşdu.

Xatırladaq ki, Artur Sarkisyanın məhv edilməsi ilə bağlı məlumatı Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 29-da yaymışdı. Onun 1-ci ümumqoşun ordusu komandanın müavini olduğu məlum idi. “Sputnik Armeniya”nın yaydığı məlumatdan isə aydın olur ki, o həm də separatçıların “müdafiə nazirinin müavini” imiş.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu