Prezident: Müzəffər Ordumuz uğurlu əməliyyatlarını davam etdirir
"Bir aydan çoxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk. Onları torpaqlarımızdan qovuruq. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilib”.
Bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman deyib.
"Hər həftə onlarla yeni yaşayış məntəqəsi, şəhərlər, kəndlər, qəsəbələr işğalçılardan azad edilir. Müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir”, - deyə Prezident əlavə edib.