5 saat ərzində 3 rayona 100-dən çox top mərmisi atılıb
"Saat 08:00-dan 13:00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam rayonlarına 100-dən çox top mərmisi atılıb. Fərq qoymadan mülki vətəndaşlar hədəf alınıb. Bu, Ermənistanın humanitar atəşkəs öhdəliklərinə necə əməl etdiyini göstərir. Xoşbəxtlikdən, vətəndaşlar arasında itki yoxdur”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.