Okeanda naməlum zəhərlənmə: Kamçatka sahilləri ölü heyvanlarla doldu
Kamçatka paytaxtının mərkəzi sahilində dəniz ulduzlarının, kirpi və digər heyvanların kütləvi ölümü qeydə alınıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Greenpeace Russia” ətraf mühit təşkilatı məlumat verib.
Eko-fəallar sahildə xeyli heyvan cəsədi tapıb. Bunun Yarımadanın sahillərində Sakit Okeanın zəhərli çirklənməsinin nəticəsi olduğu bildirilib.
Əvvəllər Xalaktır çimərliyində ölü dəniz heyvanları və balıqları tapılmış, orada okean mənşəyi bilinməyən qəribə bir köpüklə örtülmüşdü.
Znak.com-unxəbər verir ki, dəniz faunasından sonra ekoloji fəlakət nadir quşların ölümünə səbəb ola bilər. Xüsusilə, elm adamları YUNESKO tərəfindən qorunan "Kamçatka vulkanları” təbiət parkında yuva quran Steller dəniz qartalının taleyindən qorxurlar.
Bu populyasiyaların 40%-i Vilyuçinsk Körfəzində yaşayır. "Bu quşlar əsasən böyük balıqlarla qidalanır, buna görə okeanın çirklənməsi onların ölümünə səbəb ola bilər və ya onları yuvalarını tərk etməyə məcbur edə bilər", - ekoloqlar narahatlığını bildirib.
Bundan əvvəl Sakit Okean Coğrafiya İnstitutu çirklənmə yerində bütün bentik orqanizmlərin 95 faizinin öldüyünü qeyd etmişdi.
"Greenpeace” qeyd edir ki, fəlakətin səbəbi hələ açıqlanmayıb. Okean suyunun çirklənməsi Kozelsk poliqonundan zəhərli kimyəvi maddələrin sızması ilə əlaqələndirilir, lakin bu versiyanın rəsmi təsdiqlənməsi yoxdur.