Ermənistan parlamentində jurnalist döyülüb


Ermənistan parlamentində deputatlar - Kristina Poqosyanla Artur Ovannisyan “5-ci kanal” TV-nin jurnalistinə peşə vəzifəsinin icrası zamanı fiziki təzyiq göstəriblər.



“Report” “News.am”a istinadən xəbər verir ki, bunu telekanalın direktoru Arutyun Arutyunyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, deputat iki dəfə jurnalistin əlindəki mikrofona vuraraq ünvanına hədələyici ifadələr işlədib: “Bundan sonra jurnalist vəzifəsinin icrasını dayandırıb”.

Telekanalın direktoru hadisə ilə bağlı Baş Prokurorluğa şikayət etdiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu