Gürcüstan DTX-dən Ermənistana zərbə: Məlumatlar yalandır
“Suriyadan olan silahlı qrupların Gürcüstan ərazisi ilə Azərbaycana keçməsi xəbərləri yalandır”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizli Xİdmətinin (DTX) rəhbəri Qriqol Liluaşvili deyib.
“Suriyadan gələn qeyri-rəsmi silahlı qrupların Türkiyədən Gürcüstan ərazisi ilə Azərbaycana keçməsi barədə sosial mediada yayılan xəbərlər dezinformasiyadır. Həmin mənbələr Azərbaycana gedən avtomobil yollarının bağlanmasına çağırışlar edirdilər. Vurğulamaq istəyirəm ki, yaraqlıların hərəkəti ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur, bunlar yalandır, Gürcüstanda, həmçinin bütün regionda vəziyyəti daha da gərginləşdirmək məqsədi daşıyır”, - deyə Q. Liluaşvili bəyan edib.