AMB-nin valyuta ehtiyatları ilin əvvəlindən 4%-ə yaxın artıb
Bu ilin sentyabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 6 491,4 mln. ABŞ dolları təşkil edib.
"APA-Economics"in AMB-nin hesabatına istinadən verdiyi xəbərə görə, bu ötən ay ilə müqayisədə 7,5 mln. dollar və ya 0,1%, ilin əvvəli ilə müqayisədə 233,4 mln. dollar və ya 3,7%, illik müqayisədə isə 457,3 mln. dollar və ya 7,6% çoxdur.