Ermənistan ordusunun generalı və iki polkovniki məhv edildi
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın sosial media səhifələrində məlumat yayılıb.
Bundan başqa Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Belə ki, Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi (1978) və Ağdərə istiqamətində isə Ermənistan ordusunun polkovniki Nikolay Mikaeloviç Aykyan (1972) ordumuz tərəfindən məhv edilib.