Səbuhi Abbasov “Avropa Regional Forumu”nda ölkəmizi təmsil edib – FOTOLAR
Bu barədə AFN-ə məlumat verən internet-media ekspert Səbuhi Abbasov Forum çərçivəsində mühüm qlobal məsələlərə toxunulduğunu deyib:
"Bu Forumda dünyanın tanınmış siyasətçiləri, ekspertləri, QHT və media rəhbərləri çıxış etdilər. Bir sıra mühüm məsələlər ətrafında polemikalar aparıldı. Mən də öz növbəmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını, onlar arasında minlərlə azsaylı xalqların nümayəndələrinin olduğunu dedim. Eyni zamanda, işğal nəticəsində Azərbaycan mədəniyyətinin inciləri ilə yanaşı, azsaylı xalqlara məxsus tarixi abidələrin məhv edildiyini, saxtalaşdırıldığını qeyd etdim”.
Məlumat üçün qeyd edək ki, Regional Forum Birləşmiş Millətlər Təşkilatının milli azlıqlar məsələləri üzrə Xüsusi Məruzəçisi tərəfindən çağırılır. Forum, eyni zamanda, Avstriya Respublikasının Federal Nazirliyi və Tom Lantos İnstitutu tərəfindən bir sıra regional təşkilatlarla əməkdaşlıq çərçivəsində təşkil edilib.